"Barselona" altı futbolçusunu satmayacaq

"Barselona" altı futbolçusunu satmayacaq İspaniyanın Barselona klubunun rəhbərliyi futbolçuların böyük əksəriyyətinə mümkün transfer barədə məlumat verib.
Futbol
23 May , 2020 14:02
Barselona altı futbolçusunu satmayacaq

İspaniyanın "Barselona" klubunun rəhbərliyi futbolçuların böyük əksəriyyətinə mümkün transfer barədə məlumat verib.

"Report" "Marca"ya istinadən xəbər verir ki, yay transfer dönəmində Kataloniya təmsilçisində 6 oyunçunun qalma ehtimalı var. Bunlar Lionel Messi, Antuan Qrizman, Frenki de Yonq, Ansu Fati, Mark-Andre ter Ştegen və Jerar Pikedir. 

"Barselona" digər futbolçular üçün klubların təkliflərini dinləməyə hazırdır. İvan Rakitiç, Neto və Arturo Vidal isə komandanı tərk edəcəklər. Rəhbərlik İtaliya "İnter"inin hücumçusu Lautaro Martinez və "Yuventus"un yarımmüdafiəçisi Miralem Piyaniç üçün hər hansı futbolçunu satmağa hazırdır. 

Qeyd edək ki, La Liqada turnir cədvəlinə 58 xalla "Barselona" başçılıq edir, ikinci sıradakı "Real Madrid"in 56 xalı var. Çempionat martın 12-də koronavirus pandemiyasına görə dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi