"Barselona"nın prezidenti Neymarın transferi ilə bağlı danışıqlarda iştirak edəcək

"Barselona"nın prezidenti Neymarın transferi ilə bağlı danışıqlarda iştirak edəcək İspaniyanın Barselona klubu Fransa PSJ-sində çıxış edən Neymar üçün son təklifini etməyi planlaşdırır.
Futbol
17 Avqust , 2019 14:57
Barselonanın prezidenti Neymarın transferi ilə bağlı danışıqlarda iştirak edəcək

İspaniyanın "Barselona" klubu Fransa PSJ-sində çıxış edən Neymar üçün son təklifini etməyi planlaşdırır. 

"Report" "Sport.es"ə istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun keçidi üçün danışıqları bu dəfə klubun prezidenti Xosep Mariya Bartomeu aparacaq. 

Onun Neymarın transfer şərtlərini müzakirə etmək üçün Parisə gedəcəyi gözlənilir. Kataloniyalılar bu məsələnin müsbət yöndə həll olunacağına ümid edirlər.   

Qeyd edək ki, braziliyalı oyunçu iki il əvvəl “Barselona”dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Fransa çempionu ilə müqaviləsi 2022-ci ilədək qüvvədədir.

Son xəbərlər

Orphus sistemi