"Barselona"nın hücumçusu Çempionlar Liqası matçını buraxacaq

"Barselona"nın hücumçusu Çempionlar Liqası matçını buraxacaq Neymar məşq vaxtı zədələnib
Futbol
9 Dekabr , 2015 17:40
Barselonanın hücumçusu Çempionlar Liqası matçını buraxacaq

Bakı. 9 dekabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Neymar Çempionlar Liqasının qrup mərhələsində son turun Almaniya "Bayer"i ilə qarşılaşmasını buraxmalı olacaq. "Report"un Kataloniya təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumatına görə, braziliyalı hücumçu son məşqdə əzələsindən yüngül zədə alıb. 

23 yaşlı forvard komandasının dekabrın 12-də La Liqada "Deportivo"ya qarşı keçirəcəyi XV tur matçına çıxa biləcək. 

Qeyd edək ki, bu gün baş tutacaq "Bayer" - "Barselona" matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Artıq Kataloniya komandası "pley-off"a vəsiqəni təmin edib.

Son xəbərlər

Orphus sistemi