"Barselona"nın futbolçusu 6 ayadək həbs edilə bilər

"Barselona"nın futbolçusu 6 ayadək həbs edilə bilər Bakı. 1 sentyabr. REPORT.AZ/ İspaniyanın Barselona klubunun futbolçusu Jerar Pike sürücülük vəsiqəsi olmadan avtomobil idarə edib.
Futbol
1 Sentyabr , 2018 10:46
Barselonanın futbolçusu 6 ayadək həbs edilə bilər

Bakı. 1 sentyabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Jerar Pike sürücülük vəsiqəsi olmadan avtomobil idarə edib. 

"Report"un AS nəşrinə istinadən verdiyi məlumata görə, 31 yaşlı müdafiəçini bununla əlaqədar həbs cəzası gözləyir.

Belə ki, Pike Barselona şəhərində polislər tərəfindən saxlanılıb. İspaniya qanunlarına əsasən, sürücü 12 maksimum balını itirəcəyi təqdirdə, sürücülük hüququndan avtomatik məhrum edilir. Təcrübəli oyunçu bir müddət öncə yol hərəkəti qaydasını pozduğu üçün məhz bu cəza ilə üzləşib. Lakin Pike yenə avtomobil sürməkdə davam edib. 

Bu qayda pozuntusu ona 6 aylıq həbs və 6 min avro cərimə bahasına başa gələ bilər. 

Son xəbərlər

Orphus sistemi