"Barselona" Nelson Mandelanın 100 illiyi münasibətilə yoldaşlıq görüşü keçirəcək

"Barselona" Nelson Mandelanın 100 illiyi münasibətilə yoldaşlıq görüşü keçirəcək Bakı. 10 may. REPORT.AZ/ İspaniyanın Barselona klubu Cənubi Afrika Respublikasında (CAR) yoldaşlıq görüşü keçirəcək.
Futbol
10 May , 2018 16:54
Barselona Nelson Mandelanın 100 illiyi münasibətilə yoldaşlıq görüşü keçirəcək
0 : 00
0 : 00

Bakı. 10 may. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu Cənubi Afrika Respublikasında (CAR) yoldaşlıq görüşü keçirəcək.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma CAR-ın mərhum prezidenti Nelson Mandelanın 100 illik yubileyi münasibətilə təşkil ediləcək. Rəqib isə ölkə çempionu "Mamelodi Sandaunz" komandası olacaq. Görüş mayın 16-da Yohannesburq şəhərindəki "Fest Naşenal Bank" stadionunda keçiriləcək. Bu arenada 2010-cu ildə dünya çempionatının final matçı baş tutub.

Qeyd edək ki, "Barselona" bu mövsüm vaxtından əvvəl İspaniya çempionu olub. "Mamelodi "Sandaunz"da "Qarabağ"ın maraq dairəsində olan Xama Billiat da çıxış edir. 

Son xəbərlər

Orphus sistemi