Bakıda "Tour d’Azerbaidjan-2017” veloturuna start verilib

Bakıda "Tour d’Azerbaidjan-2017” veloturuna start verilib Dövlət Bayrağı Meydanında komandaların təqdimatı keçirilib
Futbol
3 May , 2017 12:08
Bakıda Tour d’Azerbaidjan-2017” veloturuna start verilib
Report.az

Bakı. 3 may. REPORT.AZ/ Bakıda “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turuna start verilib. "Report"un məlumatına görə, bununla əlaqədar Dövlət Bayrağı Meydanında komandaların təqdimat mərasimi keçirilib. 

Tədbirə veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov da qatılıb. 18 ölkədən 22 komandanın təqdimatından sonra yürüşün birinci mərhələsinə başlanılıb. İştirakçılar bu mərhələdə Bakı - Sumqayıt marşrutu üzrə 150 km məsafə qət edəcəklər. Finiş Sumqayıt şəhər icra hakimiyyətinin qarşısında olacaq. 

Qeyd edək ki, ümumilikdə 5 mərhələdən ibarət “Tour d’Azerbaidjan-2017”yə mayın 7-də yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi