Bakıda keçiriləcək UEFA İcraiyyə Komitəsi iclasının Gündəlik məsələləri açıqlanıb

Bakıda keçiriləcək UEFA İcraiyyə Komitəsi iclasının Gündəlik məsələləri açıqlanıb Mayın 29-da Bakıda keçiriləcək UEFA İcraiyyə Komitəsi iclasının Gündəlik məsələləri açıqlanıb.
Futbol
22 May , 2019 21:20
Bakıda keçiriləcək UEFA İcraiyyə Komitəsi iclasının Gündəlik məsələləri açıqlanıb

Mayın 29-da Bakıda keçiriləcək UEFA İcraiyyə Komitəsi iclasının Gündəlik məsələləri açıqlanıb.

"Report" AFFA-ya istinadən xəbər verir ki, gündəliyə 2021-ci ildə UEFA Qadınlararası Çempionlar Liqasının ev sahibinin müəyyənləşdirilməsi və aşağıdakı məsələlər daxildir:

1. Müxtəlif yarışların və texniki qaydaların təsdiqi

2. Futzal üzrə UEFA Avropa Çempionatı 2020-22

3. 2019/20 UEFA Avropa U-17 və U-19 çempionatları

4. 2019/20 UEFA Avropa Qadınlararası U-17 və U-19 çempionatları

5. UEFA İntizam qaydaları (2019 buraxılışı)

6. UEFA Təhlükəsizlik qaydaları (2019 buraxılışı)

7. UEFA Klubların maliyyə nəzarəti orqanının prosedur qaydaları (2019 buraxılışı)

8. Turnirlərin əsasnamələri – Oyun qaydalarına adaptasiya

9. UEFA Avropa Gənclər çempionatlarının formatı

10. Reynhart Qrindelin UEFA vitse-prezidenti və FIFA İcraiyyə Komitəsi üzvlüyündən azad olunması

11. UEFA Grassroots mükafatı 2019

Xatırladaq ki, tarixdə ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası Bakıda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi