Bakı. 8 sentyabr. REPORT.AZ/ Bakı Olimpiya Stadionunun Çempionlar Liqası və Avropa Liqasında 2018-2019 mövsümünün final oyunlarına namizədliyi ilə əlaqədar hazırlanmış təqdimat kitablarının fotoları və videoçarxlar təqdim olunub.
“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hər iki videoçarx fərqli sujet xətti ilə hazırlanıb.
Qeyd edək ki, sentybarın 5-də Bakı Olimpiya Stadionunun Çempionlar Liqası və Avropa Liqasında 2018-2019 mövsümünün final oyunlarına namizədliyi ilə əlaqədar hazırlanan xüsusi prezentasiya İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən təqdim olunub. Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak ediblər.
Oyunların keçiriləcəyi stadionlarla bağlı UEFA İcraiyyə Komitəsinin qərarı bu il sentyabrın 21-də açıqlanacaq.