Rusiya yığmasının futbolçusu Aleksandr Səmədov komandasını dəyişə bilər

Rusiya yığmasının futbolçusu Aleksandr Səmədov komandasını dəyişə bilər Onun "Spartak"a keçidi gündəmdədir
Futbol
22 Noyabr , 2016 17:59
Rusiya yığmasının futbolçusu Aleksandr Səmədov komandasını dəyişə bilər

Bakı. 22 noyabr. REPORT.AZ/ Rusiya yığmasının Azərbaycan əsilli futbolçu Aleksandr Səmədov qış transfer pəncərəsində komandasını dəyişə bilər. 

"Report"un məlumatına görə, hazırda "Lokomotiv"də çıxış edən yarımmüdafiəçinin karyerasını Moskva "Spartak"ında davam etdirmə variantı ortaya çıxıb. 

Onun hazırkı klubu ilə 2019-cu ilədək müqaviləsi var. Lakin müqavilədə futbolçunun yaxşı təklif nəticəsində klubu erkən tərk etməsinin mümkünlüyü barədə şərt yer alıb.

Xatırladaq ki, Aleksandr Səmədov 2012-ci ildən "Lokomotiv"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi