​Azərbaycanla qarşılaşacaq Ukrayna millisinin heyəti açıqlanıb

​Azərbaycanla qarşılaşacaq Ukrayna millisinin heyəti açıqlanıb Avro-2016-nın seçmə oyunları bu ilin 18-21 mart tarixlərində Bakıda keçiriləcək
Futbol
7 Mart , 2015 08:25
​Azərbaycanla qarşılaşacaq Ukrayna millisinin heyəti açıqlanıb

Bakı. 7 mart. REPORT.AZ/ Mini futbol üzrə Ukrayna milli komandasının baş məşqçisi Aleksandr Kosenko 2016-cı il Avropa çempionatının seçmə oyunlarına hazırlaşacaq geniş heyəti açıqlayıb.

"Report" xəbər verir ki, Avro-2016-nın seçmə oyunları bu ilin 18-21 mart tarixlərində Bakıda keçiriləcək.

Ukrayna millisinin heyəti belədir:

Qapıçılar - Yevgeni İvanyak və Dmitri Litvinenko (hər ikisi "Lokomotiv", Xarkov), Yuri Savenko ("LTK", Luqansk);

Sahə oyunçuları - Nikolay Belotserkovets, Dmitri Sorokin, Aleksandr Sorokin, Denis Ovsyannikov, Sergey Jurba, Dmitri Bondar (hamısı - "Lokomotiv", Xarkov), Aleksey Fetko, Dmitri Kalukov (hər ikisi - "Sportlider +", Xmelnitski), Roman Kordoba ("Energiya", Lvov), Vitali Dzyuba ("LTK", Luqansk), Yevgeni Valenko ("Fənər", Azərbaycan), Vladimir Razuvanov ("Spartak", Rusiya).

Komanda martın 10-da bir araya gələcək, altı gündən sonra isə Azərbaycana yollanacaq.

Bakıda Ukrayna yığmasının rəqibləri Danimarka (18 mart), Belçika (19 mart) və Azərbaycan (21 mart) olacaq.

Yeddi qrup üzrə qalib olan komandalar birbaşa final mərhələsinə düşəcək, ikinci yerin yeddi sahibi və ən yaxşı üçüncü yer isə play-off mərhələsində mübarizəni davam etidərəcək. 15-22 sentyabr tarixlərində səkkiz komandadan dördü final mərhələsinə yollanacaq. 

Son xəbərlər

Orphus sistemi