Azərbaycanın futbol üzrə U-20 yığması Makedoniyaya uduzub

Azərbaycanın futbol üzrə U-20 yığması Makedoniyaya uduzub Görüş Bakıda baş tutub
Futbol
27 May , 2018 21:20
Azərbaycanın futbol üzrə U-20 yığması Makedoniyaya uduzub

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandası Bakıdakı təlim-məşq toplanışı çərçivəsində son yoldaşlıq görüşünü keçirib.

"Report"un məlumatına görə, rəqib yenə Makedoniyanın eyni yaş qrupundan olan yığması olub.

"Dalğa Arena”da təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Azərbaycan millisinin kapitanı Anton Krivotsyuk öz qapısına vurub. Meydan sahiblərinin məğlubiyyətdən xilas olmaq üçün real qol imkanını isə 80-ci dəqiqədə Fərid Nəbiyev penaltidən boşa verib. Onun zərbəsini rəqib qapıçı dəf edib.

Beləliklə, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda Bakıdakı toplanışı qələbəsiz başa vurub. Daha əvvəl Gürcüstana 1:2 hesabı ilə uduzan Azərbaycan millisi Makedoniya ilə ilk yoldaşlıq görüşündə heç-heçə edib - 1:1.

Yoldaşlıq görüşü

19:00. Azərbaycan (U-20) – Makedoniya (U-20) - 0:1

Qol: Anton Krivotsyuk, 25-öz qapısına

Penaltini dəqiq yerinə yetirə bilməyib: Fərid Nəbiyev, 80 (qapıçı)

Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Mübariz Haşımov, İnqilab Məmmədov

"Dalğa Arena".

Son xəbərlər

Orphus sistemi