Bakı. 10 oktyabr. REPORT.AZ/ Portuqaliyanın "Boavişta" klubunun baş məşqçisi Ervin Sançes istefaya göndərilib.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırıblar.
Klub "Boavişta"nın maraqları naminə ən düzgün qərarı qəbul etdiklərini bəyan edib və boliviyalı mütəxəssisə uğurlar arzulayıb.
Bu qərar "Boavişta"nın Liqa Kubokunda "Belenenseş"ə 0:1 hesablı ev məğlubiyyətindən sonra verilib. Rəhbərlik komandanın Portuqaliya çempionatında da işlərinin qaydasında getmədiyini, 7 turdan 8 xalla 13-cü pillədə qərarlaşdığını da göz önünə gətirib.
Xatırladaq ki, "Boavişta"da Azərbaycan yığmasının 2 oyunçusu forma geyinir. Bunlar qapıçı Kamran Ağayevlə yarımmüdafiəçi Emin Mahmudovdur.