Azərbaycan yığmasının Avropa çempionatının əsas mərhələsinin oyunları üçün heyəti açıqlanıb

Azərbaycan yığmasının Avropa çempionatının əsas mərhələsinin oyunları üçün heyəti açıqlanıb Heyətə 14 oyunçu cəlb olunub
Futbol
7 Aprel , 2017 13:31
Azərbaycan yığmasının Avropa çempionatının əsas mərhələsinin oyunları üçün heyəti açıqlanıb

Bakı. 7 aprel. REPORT.AZ/ Futzal üzrə Avropa çempionatının əsas mərhələsinin oyunlarında iştirak edəcək Azərbaycan yığma komandasının yekun heyəti açıqlanıb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Biro Jade Bakıda keçiriləcək oyunlarda 14 futzalçının xidmətindən yararlanacaq: Rövşən Hüseynli, Elnur Zamanov, Faiq Əliyev, İsa Atayev, Xətai Bağırov, Vitali Borisov, Everton Kardosa, Fineo de Araujo, Rizvan Fərzəliyev, Nihad İsmayılov, Namiq Məmmədkərimov, Eduardo Mello Borges, Villiams Oliveira Do Nascimento, Tyaqo Teles Martins

Oyunların təqvimi belədir:

8 aprel

Saat 16:00 Macarıstan – Albaniya

Saat 18:30 Azərbaycan – Bosniya və Herseqovina

9 aprel

Saat 16:00 Bosniya və Herseqovina – Macarıstan

Saat 18:30 Azərbaycan – Albaniya

11 aprel

Saat 17:30 Albaniya - Bosniya və Herseqovina

Saat 20:00 Macarıstan – Azərbaycan

Qeyd edək ki, qarşılaşmalar Bakı İdman Sarayında baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi