Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasında yeni məşqçi təyinatı olub.
"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, Borçe Xristov U-21-də köməkçi-məşqçi vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, bolqarıstanlı Borçe Xristov daha öncə “Bakı” və “Qarabağ” klublarında baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.