Azərbaycan Premyer Liqasının bombardiri gələn ildən "Neftçi"də çıxış edəcək

Azərbaycan Premyer Liqasının bombardiri gələn ildən "Neftçi"də çıxış edəcək Nurlan Novruzovla 1 illik müqavilə bağlanılacaq
Futbol
23 Dekabr , 2014 09:47
Azərbaycan Premyer Liqasının bombardiri gələn ildən Neftçidə çıxış edəcək

Bakı. 23 dekabr. REPORT.AZ/ "Bakı" klubunun futbolçusu Nurlan Novruzov mövsümün ikinci yarısından etibarən "Neftçi" komandasında çıxış edəcək. "Report"un məlumatına görə, 21 yaşlı hücumçu ilə yaxın günlərdə rəsmi müqavilə bağlanılacaq. 

Anlaşma müddətinin 1 il olacağı gözlənilir. Bununla belə, xarici klublardan təklif gələcəyi halda, Novruzovun gedişinə problem yaradılmayacaq. Hazırda danışıqlar son mərhələdədir. 

Qeyd edək ki, Nurlan Novruzov "Bakı" klubunun heyətində bu mövsüm Topaz Premyer Liqasının ilk 2 dövrəsini 9 qolla bombardirlər siyahısında birinci pillədə tamamlayıb. Onun komandası isə mövsümün ilk yarısını sonuncu - 9-cu yerdə başa vurub. 

Son xəbərlər

Orphus sistemi