​Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub

​Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub Turun mərkəzi görüşü "Bakcell Arena"da keçirilib
Futbol
2 Aprel , 2015 20:04
​Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub

Bakı. 2 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXVII turuna yekun vurulub. "Report"un məlumatına görə, son oyun günündə bir qarşılaşma baş tutub.

Turun son qarşılaşmasında "Qarabağ" klubu Bakı "İnter"ini qəbul edib. "Bakcell Arena"da keçirilən görüş heç-heçə başa çatıb - 0:0. 

Turun ilk oyun günündə isə dünən 3 qarşılaşma baş tutub. Zaqatalanın "Simurq" klubu AZAL-ı minimal hesabla məğlub edib. "Xəzər Lənkəran" doğma azarkeşlər önündə "Sumqayıt"la üz-üzə gəlib. 90 dəqiqənin sonunda Lənkəran təmsilçisi 3:2 hesablı qələbəni bayram edib. İlk oyunun digər matçında "Neftçi" və "Bakı" komandaları qüvvələrini sınayıb. "Ağ-qaralar" görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, Premyer Liqanın XXVIII turunun oyunları aprelin 5-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi