Bu gün Azərbaycan ​Premyer Liqasında XX tura start veriləcək

Bu gün Azərbaycan ​Premyer Liqasında XX tura start veriləcək İlk oyun günündə 2 oyun keçiriləcək
Futbol
6 Fevral , 2015 11:40
Bu gün Azərbaycan ​Premyer Liqasında XX tura start veriləcək

Bakı. 6 fevral. REPORT.AZ/ Bu gün Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turuna start veriləcək. "Report"un məlumatına görə, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Yubiley turunun açılış oyunu Qəbələdə keçiriləcək. Burada yerli "Qəbələ" AZAL-la qarşılaşacaq. Cari mövsümdə rəqiblər 2 dəfə üz-üzə gəlib və bir oyunda "təyyarəçilər" qələbə qazanıb - 2:1. Digər qaşrılaşmada isə 3:3 hesablı heç-heçə qeydə alınıb. Ötən turu isə hər iki komanda qələbə ilə başa vurub. "Qəbələ" səfərdə "Bakı"nı 2:0, AZAL evdə "Neftçi"ni 2:1 hesabı ilə yenib. 

Günün digər oyununda isə Bakının "Neftçi" klubu Zaqatala "Simurq"unu qəbul edəcək. İki komanda arasında mövsümün ilk oyununda "Neftçi" 2:1 hesablı qələbə qazansa da, əyalət təmsilçisi Zaqatalada baş tutmuş görüşdə aktivinə 3 xal yazdırmağı bacarıb - 1:0.

6 fevral (cümə)

14:00. "Qəbələ" – AZAL (Bakı)

Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Azər Əsgərov

Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Füzuli Nəcəfov

Qəbələ. Qəbələ şəhər stadionu.

16:00. "Neftçi" – "Simurq" (Zaqatala)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Ramil Diniyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Məlik Həsənov

Bakı. "Bakcell Arena".

Qeyd edək ki, tura fevralın 7-də "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Bakı"nı sınağa çəkəcək. Tura "Xəzər Lənkəran" - "İnter" maçtı ilə yekun vurulacaq.

N Klublar O Q H M T-F X
1 Qarabağ 16 10 4 2 29-17 34
2 İnter 17 7 9 1 26-7 30
3 Neftçi 16 7 5 4 20-14 26
4 Simurq 17 7 3 7 27-22 24
5 Qəbələ 17 5 7 5 21-24 22
6 Xəzər Lənkəran 17 5 5 7 22-22 20
7 AZAL 16 5 5 6 20-26 20
8 Sumqayıt 17 4 4 9 19-27 16
9 Bakı 17 2 4 11 13-38 10

Bombardir: Nurlan Novruzov ("Bakı") - 9 qol. 

Son xəbərlər

Orphus sistemi