Azərbaycan Premyer Liqasında XVIII turun proqramı müəyyənləşib

Azərbaycan Premyer Liqasında XVIII turun proqramı müəyyənləşib Tura Gəncədə start veriləcək və Zirədə yekun vurulacaq
Futbol
27 Fevral , 2018 14:11
Azərbaycan Premyer Liqasında XVIII turun proqramı müəyyənləşib

Bakı. 27 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun proqramı müəyyənləşib. 

"Report"un məlumatına görə, tura Gəncədə start veriləcək və Zirədə yekun vurulacaq. "Sumqayıt" və "Qarabağ" komandaları arasında "Kapital Bank Arena"da keçiriləcək mərkəzi görüş martın 3-də saat 18:30-da başlanacaq. Bu oyundan heç də az əhəmiyyət kəsb etməyən "Qəbələ" - "Neftçi" qarşılaşması isə ertəsi gün saat 15:30-a təyin olunub. 

Azərbaycan Premyer Liqası, XVIII tur

3 mart

15:00. "Kəpəz" - "Səbail" 

Gəncə şəhər stadionu

18:30. "Sumqayıt" - "Qarabağ"

Sumqayıt, "Kapital Bank Arena"

4 mart

15:30. "Qəbələ" - "Neftçi"

Qəbələ şəhər stadionu

18:00. "Zirə" - "Keşlə"

Zirə İdman Kompleksinin stadionu

Son xəbərlər

Orphus sistemi