Azərbaycan millisinin müdafiəçisi: "Uelslə matçda vuruşacağıq"

Azərbaycan millisinin müdafiəçisi: "Uelslə matçda vuruşacağıq" Çempionat başlayandan özümü yaxşı hiss edirəm. Komandama maksimum kömək etməyə çalışıram. Ona görə də millidən dəvət gözləyirdim. Öz ölkəmizi, xalqımızı sevindirmək istəyirik. Əlimizdən gələni edəcəyik ki, müsbət nəticə ilə qayıdaq. Bu matçda vuruşacağıq.
Futbol
4 Sentyabr , 2019 18:16
Azərbaycan millisinin müdafiəçisi: Uelslə matçda vuruşacağıq

"Çempionat başlayandan özümü yaxşı hiss edirəm. Komandama maksimum kömək etməyə çalışıram. Ona görə də millidən dəvət gözləyirdim. Öz ölkəmizi, xalqımızı sevindirmək istəyirik. Əlimizdən gələni edəcəyik ki, müsbət nəticə ilə qayıdaq. Bu matçda vuruşacağıq".

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə səfərdə Uelslə keçirəcəkləri AVRO-2020-nin seçmə oyunu barədə danışarkən deyib.

22 yaşlı müdafiəçi bildirib ki, onlar üçün müsbət nəticə ya heç-heçə, ya da qalibiyyət olacaq: "Bu futboldur. Hər şey ola bilər. Ümidliyik. Çalışmışıq rəqibi analiz də etmişik. Yaxşı nəticəyə də ümid edirik".

Mustafazadə psixoloji cəhətdən özünü hazır hiss etdiyini sözlərinə əlavə edib: "Azarkeşləri və rəqibin adını nəzərə alsaq, istər-istəməz təzyiq olacaq. Biz futbolçuyuq. Bunun öhdəsindən gəlməyi bacarmalıyıq".

Müdafiəçi "gələcəkdə yığmanın lideri olmağa hazırsanmı" sualına belə cavab verib: "Bu barədə danışmaq çox tezdir. Düşünürəm ki, rəsmi matçlara çıxıb, nələrisə etdikdən sonra danışmaq olar. Bir şey etməmiş danışmaq boşdur. Çalışıram ki, rəsmi oyuna çıxım və əlimdən gələni göstərim ki, xalq məni tanısın".

Futbolçu deyib ki, Uelslə matçda start heyətdə meydanda olsa, istər-istəməz həyacanlı olacaq: "Bu, mənim millidə ilk oyunum olacaq. Həyəcanın olması normaldır. Amma illərdir futbol oynayırıq. Dəqiqələr keçdikcə həyəcanı atıb oyuna köklənəcəyəm".

Mustafazadə qarşılaşma ilə bağlı proqnoz vermək istəmədiyini vurğulayıb: "Dəqiq hesab deyə bilmərəm, amma müsbət nəticə qazanacağımıza ümid edirəm".

Qeyd edək ki, Uelslə qarşılaşma sentyabrın 6-da Kardiff şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi