Azərbaycan millisinin futbolçusu cəzalı duruma düşüb

Azərbaycan millisinin futbolçusu cəzalı duruma düşüb İspaniyanın "Albasete" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu&Eddi İsrafilov&komandasının&növbəti matçında iştirak etməyəcək.&
Futbol
4 İyul , 2020 09:22
Azərbaycan millisinin futbolçusu cəzalı duruma düşüb

İspaniyanın "Albasete" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov komandasının növbəti matçında iştirak etməyəcək. 

"Report"un məlumatına görə, buna səbəb 28 yaşlı yarımmüdafiəçinin Sequndanın XXXVII turunda "Alkorkon"la matçın 33-cü dəqiqəsində sarı vərəqə almasıdır. 

İsrafilov sarı vərəqə limitini doldurub və "Malaqa" ilə görüşdə meydanda olmayacaq. 

Qeyd edək ki, "Albasete" - "Alkorkon" matçı 1:1 hesabı ilə yekunlaşıb. Komanda "Malaqa" ilə iyulun 5-də qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi