Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki iki ev oyununun stadionu dəyişdirilib

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki iki ev oyununun stadionu dəyişdirilib Bakı. 25 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının 2020-ci il Avropa çempionatının seçmə mərhələsindəki ev oyunlarından ikisinin stadionu dəyişdirilib.
Futbol
25 Yanvar , 2019 09:42
Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki iki ev oyununun stadionu dəyişdirilib
affa.az

Bakı. 25 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının 2020-ci il Avropa çempionatının seçmə mərhələsindəki ev oyunlarından ikisinin stadionu dəyişdirilib. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya ilə nəzərdə tutulan qarşılaşmalar "Bakcell Arena"da təşkil olunacaq. Bu addım atılarkən mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu, həmin qarşılaşmaya hazırlıq prosesi, final matçı başa çatdıqdan sonra stadionun digər oyunlara hazırlanması üçün tələb olunan vaxt nəzərə alınıb.  

Son xəbərlər

Orphus sistemi