Azərbaycan millisi Ukraynaya məğlub olub

Azərbaycan millisi Ukraynaya məğlub olub Oleksiy Kaşşuk dubl edib
Futbol
1 Mart , 2016 17:58
Azərbaycan millisi Ukraynaya məğlub olub

Bakı. 1 mart. REPORT.AZ/ Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Ukraynadan olan həmyaşıdları ilə yoldaşlıq görüşü keçirib. "Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda baş tutmuş qarşılaşma Təbriz Həsənovun yetirmələrinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Ukrayna yığmasının heyətində Oleksiy Kaşşuk 56 və 77-ci dəqiqədə fərqlənərək komandasına qələbə qazandırıb.

Komandalar martın 3-də Bakı Olimpiya Stadionunda təkrar qarşılaşacaqlar. Oyun saat 16:00-da başlayacaq.

Qeyd edək ki, daha öncə Təbriz Həsənovun rəhbərlik etdiyi komanda Rusiya ilə 2 dəfə üz-üzə gəlib. Bunlardan birində 1:5 hesabı ilə məğlub olan yığma digərində qələbə qazanıb - 1:0. 

Son xəbərlər

Orphus sistemi