Azərbaycan millisi Uelslə matç üçün Kardiffə yola düşüb

Azərbaycan millisi Uelslə matç üçün Kardiffə yola düşüb UEFA AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Uels yığmasının qonağı olacaq Azərbaycan millisi Kardiffə yollanıb.
Futbol
4 Sentyabr , 2019 17:50
Azərbaycan millisi Uelslə matç üçün Kardiffə yola düşüb

UEFA AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Uels yığmasının qonağı olacaq Azərbaycan millisi Kardiffə yollanıb.

"Report" xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv saat 17:50-də çarter reysi ilə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb. Yığmanı 6,5 saatlıq uçuş gözləyir.

Millini AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, İskəndər Cavadov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər rəsmi şəxslər müşayiət edəcəklər. AFFA-nın baş katibi Elxan Məmmədov isə Uelsdə heyətə qoşulacaq.

Komanda "Hilton Cardiff Hotel"də məskunlaşacaq.

Qeyd edək ki, Uels və Azərbaycan yığmaları arasında Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Milli komandanın üç gün sonra Xorvatiya kollektivi ilə “Bakcell Arena”dakı qarşılaşması isə saat 20:00-a təyin olunub.

Son xəbərlər

Orphus sistemi