Azərbaycan millisi FİFA reytinqində mövqeyini qoruyub - ƏLAVƏ OLUNUB

Azərbaycan millisi FİFA reytinqində mövqeyini qoruyub - ƏLAVƏ OLUNUB Milli komanda yenə eyni xala malikdir
Futbol
12 Yanvar , 2017 13:00
Azərbaycan millisi FİFA reytinqində mövqeyini qoruyub - ƏLAVƏ OLUNUB

Bakı. 12 yanvar. REPORT.AZ/ FİFA yığma komandaların 2017-ci ildə ilk reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycan millisi siyahıda 386 xalla 90-cı pillədə qalıb.

2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərə gəldikdə, Almaniya 1433 xalla 3-cü, Şimali İrlandiya 767 xalla 32-ci, Çexiya 671 xalla 43-cü, San Marino 17 xalla 202-ci pillədə qalıb. 418 xalla 1 pillə irəliləyən Norveç isə 84-cüdür.

Siyahının ilk 34 pilləsində dəyişiklik baş verməyib. Türkiyə 851 xalla 24-cü pillədə qalıbsa, Argentina 1634 xalla 1-ci, Braziliya 1544 xalla 2-cidir.

Qeyd edək ki, növbəti reytinq siyahısı fevralın 9-da açıqlanacaq. 

Son xəbərlər

Orphus sistemi