Azərbaycan klubu Moldova yığmasının futbolçusunu icarəyə götürüb

Azərbaycan klubu Moldova yığmasının futbolçusunu icarəyə götürüb "Səbail" heyətinə yeni futbolçu cəlb edib
Futbol
29 Yanvar , 2018 15:49
Azərbaycan klubu Moldova yığmasının futbolçusunu icarəyə götürüb

Bakı. 29 yanvar. REPORT.AZ/ “Səbail” klubu Molodova milli komandasının futbolçusu Yevgeni Koçuku heyətinə cəlb edib.

Klubun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 24 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək Azərbaycan komandasında çıxış edəcək. O, Slovakiya “Jilina”sından icarəyə götürülüb. 

Qeyd edək ki, Yevgeni Koçuk 2012 - 2016-cı illərdə vətənində "Daçiya"nın formasını geyinib. 2016-cı ildə Slovakiyanın "Jilina" klubuna keçən yarımmüdafiəçi burada Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə komanda yoldaşı olub və ölkə çempionatının qızıl medalını qazanıb. O, 2015-ci ildən etibarən Moldova yığmasının heyətində 4 oyun keçirib.

Son xəbərlər

Orphus sistemi