Azarkeş UEFA-nı və hakimi məhkəməyə verib

Azarkeş UEFA-nı və hakimi məhkəməyə verib Joze Antonio Kampon 1 660 avro təzminat ödənilməsini tələb edir
Futbol
26 Noyabr , 2016 12:52
Azarkeş UEFA-nı və hakimi məhkəməyə verib

Bakı. 26 noyabr. REPORT.AZ/ İspaniyanın "Atletiko" klubunun azarkeşi Joze Antonio Kampon ingiltərəli hakim Mark Klattenburq və UEFA-dan şikayət edib. 

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, şikayət ərizəsində Çempionlar Liqasında "Atletiko" və "Real Madrid" klubları arasında keçirilmiş final qarşılaşmasında rəqib komandanın müdafiəçisi Serxio Ramosun vurduğu qolun ofsayt olduğunu bildirib. "Atletiko" klubunun azarkeşi 160 avronun bilet pulu, 1 500 avronun isə ona dəymiş mənəvi zərər olduğunu qeyd edərək 1 660 avro təzminat ödənilməsini istəyib. 

Qeyd edək ki, bu il mayın 28-də İtaliyanın Milan şəhərində keçirilmiş Çempionlar Liqasının final matçında "Real Madrid" klubunun futbolçusu Serxio Ramos 15-ci dəqqiqədə hesabı açıb. 79-cu dəqiqədə isə "Atletiko" komandasının oyunçusu Yannikk Karraskonun vurduğu qolla hesabda bərabərlik yaranıb. Penaltilər seriyasında isə "kral klubu" 5:3 hesabı ilə qalib gələrək kuboka sahib olub.

Son xəbərlər

Orphus sistemi