Bakı. 20 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, Avropanın ikinci klub turnirinin püşkatması UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə həyata keçirilib.
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 16-da və 23-də, yarımfinal mərhələsinin püşkatma mərasimi aprelin 24-də keçiriləcək, görüşlər isə mayın 7-də və 14-də baş tutacaq. Varşavadakı (Polşa) Milli Stadionda keçiriləcək final qarşılaşması isə mayın 27-də olacaq.
Avropa Liqası (1/4 final mərhələsi) | |
Sevilya (Ispaniya) | Zenit (Rusiya) |
Dnepr (Ukrayna) | Brügge (Belçika) |
Dinamo (Ukrayna) | Fiorentina (İtaliya) |
Volfsburq (Almaniya) | Napoli (İtaliya) |