Avropa Liqasında 1/16 finalın ilk oyunları keçirilib

Avropa Liqasında 1/16 finalın ilk oyunları keçirilib "Beşiktaş" İsrailin Beer-Şeva şəhərində "Hapoel"ə qalib gəlib
Futbol
17 Fevral , 2017 02:31
Avropa Liqasında 1/16 finalın ilk oyunları keçirilib

Bakı. 17 fevral. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib.

"Report"un məlumatına görə, qrup mərhələsində Azərbaycan təmsilçiləri "Qarabağ” və "Qəbələ”yə rəqib olmuş komandalar müxtəlif nəticələr göstəriblər.

Fransa "Sent Etyen"i İngiltərədə "Mançester Yunayted"ə Zlatan İbrahimoviçin het-triki nəticəsində böyük hesabla uduzub. "Qəbələ"nin qrupdakı digər rəqibi "Anderlext" Belçikada Rusiya "Zenit"ini Frank Aşimponqun dublu sayəsində yenib. PAOK isə Yunanıstanda Almaniya "Şalke"sinə böyük hesabla uduzub.

Türkiyə təmsilçiləri də fərqli nəticələr göstəriblər. "Fənərbağça" Rusiyada "Krasnodar"a minimal hesabla yenilib. "Osmanlıspor" Yunanıstanda "Olimpiakos"la qolsuz heç-heçə edibsə, "Beşiktaş" İsrailin Beer-Şeva şəhərində "Hapoel"ə qalib gəlib.

UEFA Avropa Liqası, 1/16 final mərhələsi, ilk oyunlar

16 fevral

20:00. "Krasnodar” (Rusiya) – "Fənərbağça” (Türkiyə) - 1:0

Qol: Viktor Klaesson, 4

22:00. "Astra” (Rumıniya) – "Genk” (Belçika) - 2:2

Qollar: Konstantin Budesku, 43, Daniel Florea, 63 - Tomoti Kastaqn, 25, Leonardo Trossard, 83

22:00. "Alkmaar” (Hollandiya) – "Olimpik” (Lion, Fransa) - 1:4

Qollar: Əlirza Cahanbaxş, 68 - Lukas Tusart, 26, Aleksandr Lakazett, 45+2, 57, Hussem Auar, 90+4

22:00. "Borussiya” (Münhenqladbax, Almaniya) – "Fiorentina” (İtaliya) - 0:1

Qol: Federiko Bernarderçi, 44

22:00. "Selta” (İspaniya) – "Şaxtyor” (Ukrayna) - 0:1

Qol: Qustavo Leşuk, 27

22:00. "Rostov” (Rusiya) – "Sparta” (Çexiya) - 4:0

Qollar: Miha Mevlija, 15, Dmitri Poloz, 38, Kristian Noboa, 40, Sərdar Azmun, 68

Qırmızı vərəqə: Tyemoko Konate, 32 ("Sparta", ikinci sarı)

22:00 "Gent” (Belçika) – "Tottenhem” (İngiltərə) - 1:0

Qol: Ceremi Perbet, 59

22:00. "Ludoqorets” (Bolqarıstan) – "Kopenhagen” (Danimarka) - 1:2

Qollar: Klaudiu Keseru, 81 - Anicet, 2-öz qapısına, Yusuf Tutu, 53

22:00. "Olimpiakos” (Yunanıstan) – "Osmanlıspor” (Türkiyə) - 0:0

Qırmızı vərəqə: Bruno Vyana, 74 ("Olimpiakos", birbaşa)

00:05. "Anderlext” (Belçika) – "Zenit” (Rusiya) - 2:0

Qol: Frank Aşimponq, 5; 31

00:05. "Atletik” (İspaniya) – APOEL (Kipr) - 3:2

Qollar: Giorqos Merkis, 38-öz qapısına. Arits Aduris, 61. İnyaki Uilyams, 72 - George Efrem, 36. Yannis Yanniotas, 89

00:05. "Hapoel” (Beer-Şeva, İsrail) – "Beşiktaş” (Türkiyə) - 1:3

Qollar: Elyaniv Barda, 44 - Uilyam Soares, 42-öz qapısına. Cenk Tosun, 60. Atiba Hatçinson, 90+3

00:05. "Legiya” (Polşa) – "Ayaks” (Hollandiya) - 0:0

00:05. "Mançester Yunayted” (İngiltərə) – "Sent-Etyenn” (Fransa) - 3:0

Qol: Zlatan İbrahimoviç, 15; 75; 88-penalti ilə

00:05. PAOK (Yunanıstan) – "Şalke” (Almaniya) - 0:3

Qol: Quido Burqstaller, 27. Maks Meyer, 82. Klaas Yan Huntelaar, 90

00:05. "Vilyarreal” (İspaniya) – "Roma” (İtaliya) - 0:4

Qol: Emerson Palmieri, 32. Edin Ceko, 65; 79; 86

Son xəbərlər

Orphus sistemi