Avropa çempionatı: Azərbaycan millisinin püşkatmadakı səbəti bəlli oldu

Avropa çempionatı: Azərbaycan millisinin püşkatmadakı səbəti bəlli oldu Sentyabrın 2-də, Bakı vaxtı ilə saat 15:15-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında Avro-2022-nin seçmə qrup mərhələsinin püşka atılacaq.
Futbol
19 Avqust , 2020 12:16
Avropa çempionatı: Azərbaycan millisinin püşkatmadakı səbəti bəlli oldu

Sentyabrın 2-də futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq. 

"Report"un məlumatına görə, püşkatmadan əvvəl UEFA milli komandaları reytinq cədvəlinə uyğun olaraq səbətlərə bölüb.

Azərbaycan yığması A səbətində yer alıb. Bu isə o deməkdir ki, həmin səbətdə yer alan komandalar qrup mərhələsində rəqib olmayacaq.

Ümumiyyətlə, A, B, C qruplarının hər birində 8 komanda qərarlaşıb. Norveç D səbətində olan yeganə komandadır. İlkin mərhələdən pley-off oyunlarına vəsiqə qazanan yığmalar isə E qrupunda cəmləşiblər.

Püşk zamanı komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünəcək. Qruplara hər səbətdən bir komanda daxil ediləcək. Yekunda 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 komanda həlledici mərhələyə birbaşa vəsiqə qazanacaq. Ən zəif göstəriciyə malik iki ikinci yerin sahibi isə pley-off görüşündə üz-üzə gələcək. Bu görüş 2021-ci ilin noyabrında gerçəkləşəcək.

AVRO-2022-nin final mərhələsi isə yanvarın 9-dan fevralın 6-dək Niderlandda təşkil olunacaq.

A səbəti

İspaniya, Portuqaliya (son qalib), Rusiya, Qazaxıstan, Serbiya, AZƏRBAYCAN, Xorvatiya, İtaliya

B səbəti

Ukrayna, Çexiya, Sloveniya, Rumıniya, Macarıstan, Fransa, Finlandiya, Slovakiya

C səbəti

Belarus, Bosniya və Herseqovina, Polşa, Belçika, Gürcüstan, Latviya, Moldova, Albaniya

D səbəti

Norveç

C səbəti

Türkiyə/Yunanıstan, San Marino/Danimarka, İsrail/Kipr, İsveçrə/Almaniya, İngiltərə/Şimali Makedoniya, Bolqarıstan/Ermənistan, Monteneqro/Litva

Oyun günləri

2-11 noyabr 2020 (ilkin mərhələnin pley-off oyunları)

6-9 dekabr 2020

25 yanvar-3 fevral 2021

1-10 mart 2021

5-14 aprel 2021

Son xəbərlər

Orphus sistemi