Arda Turan Türkiyə milli komandasından kənarlaşdırılıb

Arda Turan Türkiyə milli komandasından kənarlaşdırılıb Bu barədə baş məşqçi Fatih Terim Türkiyə Futbol Federasiyasının rəhbərliyi ilə keçirdiyi toplantıdan sonra qərarını açıqlayıb
Futbol
6 İyun , 2017 16:36
Arda Turan Türkiyə milli komandasından kənarlaşdırılıb

Bakı. 6 iyun. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Arda Turan Türkiyə milli komandasından xaric edilib. "Report"un məlumatına görə, bu barədə baş məşqçi Fatih Terim Türkiyə Futbol Federasiyasının rəhbərliyi ilə Sloveniyada keçirdiyi toplantıdan sonra qərarını açıqlayıb.

O, Ardanı yanına çağıraraq, yığmanın düşərgəsindən dərhal ayrılmalı olduğunu bildirib. Təcrübəli yarımmüdafiəçi həm komandaya, həm də federasiyaya daha böyük zərər gəlməməsi üçün əşyalarını toplayaraq, düşərgəni tərk edib.

Qeyd edək ki, Arda Turan Makedoniya ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra Sloveniyaya uçmağa hazırlaşan təyyarədə idman yazarı Bilal Meşeni təhqir edib, onu vurmağa cəhd edib. 

Son xəbərlər

Orphus sistemi