Almaniya yığmasının futbolçusu üçün Azərbaycanla oyun öncəsi vida matçı keçiriləcək

Almaniya yığmasının futbolçusu üçün Azərbaycanla oyun öncəsi vida matçı keçiriləcək "Qalatasaray"da çıxış edən hücumçu İngiltərə ilə görüşdə Bundestimdən rəsmən ayrılacaq
Futbol
15 Noyabr , 2016 17:14
Almaniya yığmasının futbolçusu üçün Azərbaycanla oyun öncəsi vida matçı keçiriləcək

Bakı. 15 noyabr. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Lukas Podolski Almaniya milli komandası ilə rəsmən vidalaşacaq. 

"Report"un məlumatına görə, bu barədə Bundestimin meneceri Oliver Birhoff açıqlama verib.

O bildirib ki, vida matçı 2017-ci il martın 22-də İngiltərə ilə yoldaşlıq görüşünə təsadüf edəcək. Oyun Dortmund şəhərində baş tutacaq.

Podolski 4 iyun 1985-ci ildə Polşada doğulsa da, 2 yaşında ikən valideynləri ilə birgə köçdüyü Almaniyanın yığmasında oynamağı üstün tutub. O, əvvəllər "Köln", "Bavariya", İngiltərənin "Arsenal" və İtaliyanın "İnter" klublarında da çıxış edib. Təcrübəli hücumçu 2004-cü ildən çıxış etdiyi, 129 oyuna 48 qol vurduğu və 2014-cü ildə dünya çempionu olduğu yığmadan avqustun 15-də ayrıldığını bəyan edib. 

Qeyd edək ki, bundan 4 gün sonra Almaniya millisi Bakıda Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi