Almaniya milli komandasının sabiq futbolçusu terroru təbliğ etdiyi üçün azadlıqdan məhrum olunub

Almaniya milli komandasının sabiq futbolçusu terroru təbliğ etdiyi üçün azadlıqdan məhrum olunub Deniz Nakiyə 1 il 6 ay 22 gün iş kəsilib
Futbol
6 Aprel , 2017 16:52
Almaniya milli komandasının sabiq futbolçusu terroru təbliğ etdiyi üçün azadlıqdan məhrum olunub

Bakı. 6 aprel. REPORT.AZ/ Türkiyənin Diyarbəkir şəhərinin 4-cü Ağır Cəza Məhkəməsi Almaniya milli komandasının sabiq futbolçusu Deniz Nakinin 1 il 6 ay 22 gün müddətində azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.

“Report”un “Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, hazırda Türkiyə çempionatının III liqasında “Amed Sportif Faaliyetler” komandasının formasını geyinən 27 yaşlı müdafiəçi PKK lehinə terror təbliğatı apardığı üçün cəzalanıb. 

Almaniyanın Düren şəhəridə dünyaya gələn futbolçunun adı qarşıdakı 5 il müddətində hər hansı cinayətdə hallansa, qərara yenidən baxılacaq.

Qeyd edək ki, Deniz Naki ötən mövsüm ölkə kubokunda “Bursaspor”la ev oyunu zamanı ideoloji təbliğat aparması və idmançıya yaraşmayan açıqlamalar verməsi səbəbindən Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi tərəfindən 12 oyunluq cəzaya məruz qalıb. 27 yaşlı yarımmüdafiəçi 2007 - 2009-cu illərdə Almaniyanın 19 və 20 yaşadək futbolçulardan ibarət milli komandalarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi