AFFA "Xəzər Lənkəran"la "Zirə"nin futbolçularını cəzalandırıb

AFFA "Xəzər Lənkəran"la "Zirə"nin futbolçularını cəzalandırıb Klublara isə cərimə kəsilib
Futbol
22 Sentyabr , 2015 12:49
AFFA Xəzər Lənkəranla Zirənin futbolçularını cəzalandırıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən 2 futbolçunu cəzalandırıb. "Report"un məlumatına görə, bunlar "Xəzər Lənkəran"ın arxa xətt oyunçusu Adrian Skarlatake ilə "Zirə"nin müdafiəçisi Mba Çimezidir. 

Hər iki oyunçu növbəti turu buraxmalı olacaq. Skarklatake Premyer Liqanın V turunda "Neftçi" ilə qarşılaşmanın 56-cı, Çimeze isə "Rəvan"la görüşünün 82-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq, meydandan qovulub. Onlara 1 oyunluq cəzadan əlavə, klublarına 200 manat cərimə kəsilib. 

Qeyd edək ki, "Xəzər Lənkəran"la "Zirə" Premyer Liqanın VI turunda bir-biri ilə qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi