AFFA rəsmisi: "Sercan Kaya adlı futbolçu tanımırıq"

AFFA rəsmisi: "Sercan Kaya adlı futbolçu tanımırıq" "Türkiyəli futbolçuya biz tərəfdən təklif göndərilməyib"
Futbol
14 Mart , 2017 11:22
AFFA rəsmisi: Sercan Kaya adlı futbolçu tanımırıq

Bakı. 14 mart. REPORT.AZ/ "Türkiyə I Liqasında mübarizə aparan "Adana Demirspor" klubunun futbolçusu Sercan Kayanın Azərbaycan milli komandasından təklif alması ilə bağlı dediklərinin heç bir əsası yoxdur". Bu barədə "Report"a AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru Riad Rəfiyev məlumat verib.

Federasiya rəsmisi bildirib ki, hazırda Azərbaycan milli komandasında çıxış etmək üçün heç bir futbolçu ilə danışıq aparılmır. O, Sercan Kaya adlı futbolçu tanımadığını bildirib: "Belə bir məsələ olsaydı, bilərdim. Bəhs etdiyiniz türkiyəli futbolçuya biz tərəfdən təklif göndərilməyib. Onu tanımırıq".

Qeyd edək ki, S.Kaya "FourFourTwo" nəşrinə müsahibəsində Azərbaycan milli komandasından dəvət aldığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi