AFFA liqalarla bağlı görüşlər keçirəcək

AFFA liqalarla bağlı görüşlər keçirəcək Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsi 2020/2021 mövsümü üzrə U-10, U-11, U-12, Coca-Cola U-13 və U-14 liqalarında iştirak etmək istəyən region komandaları ilə ZOOM proqramı üzərindən onlayn iclas keçirəcək. 
Futbol
3 Sentyabr , 2020 15:22
AFFA liqalarla bağlı görüşlər keçirəcək

Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsi 2020/2021 mövsümü üzrə U-10, U-11, U-12, Coca-Cola U-13 və U-14 liqalarında iştirak etmək istəyən region komandaları ilə ZOOM proqramı üzərindən onlayn iclas keçirəcək. 

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşlər sentyabrın 8-dən başlayacaq. 

İclasda liqalarda iştirak qaydaları, qeydiyyat prosesləri ətraflı izah olunacaq, təklif və müzakirələr aparılacaq.

Regionlar üzrə görüşlərin vaxtları:

ZONALAR

TARİX

SAAT

 Şimal Qərb və Qarabağ regionu    

 08.09.2020    

  14:00  

 Qərb regionu və Gəncə

 09.09.2020

  14:00

 Mərkəz 

 09.09.2020

  16:00

 Cənub

 10.09.2020

  14:00

 Paytaxt və Şimal zonası

 11.09.2020

  14:00

Qeyd edək ki, liqalara yeni qoşulmaq istəyən komandalar görüşdə iştirak ilə əlaqədar [email protected] elektron ünvanına komandanın adını və telefon nömrəsini göndərə bilər.

Son xəbərlər

Orphus sistemi