​AFFA jurnalist Rasim Əliyevin ölümü ilə bağlı bəyanat yayıb

​AFFA jurnalist Rasim Əliyevin ölümü ilə bağlı bəyanat yayıb “Federasiya mətbuat nümayəndəsinə qarşı yol verilmiş zorakılığı ölkə futbol ictimaiyyəti adından kəskin şəkildə pisləyir”
Futbol
10 Avqust , 2015 13:54
​AFFA jurnalist Rasim Əliyevin ölümü ilə bağlı bəyanat yayıb

Bakı. 10 avqust. REPORT.AZ/ AFFA jurnalist Rasim Əliyevin ölümü ilə bağlı bəyanat yayıb. “Report”un xəbərinə görə, bəyanatda qeyd edilib ki, avqustun 8-də Bakı şəhərində şəxsiyyəti hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilməkdə olan bir qrup şəxs tərəfindən jurnalist Rasim Əliyev fiziki təzyiqə məruz qalaraq ağır bədən xəsarətləri alıb, avqustun 9-da səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat edib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) mətbuat nümayəndəsinə qarşı yol verilmiş zorakılığı ölkə futbol ictimaiyyəti adından kəskin şəkildə pisləyir: “AFFA hüquq-mühafizə orqanları tərəfindən hadisənin günahkarlarının ən qısa zamanda müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacağına inanır, mərhum jurnalistin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”.

Son xəbərlər

Orphus sistemi