AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib Buna “Qəbələ” ilə oyun zamanı azarkeşlərin davranışları səbəb olub
Futbol
14 Fevral , 2018 12:47
AFFA İntizam Komitəsi Qarabağ klubunu cərimələyib

Bakı. 14 fevral. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cəzalandırıb. 

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, buna Ağdam komandasının azarkeşlərinin Azərbaycan Premyer Liqasının XV turunda “Qəbələ” ilə oyun zamanı davranışları səbəb olub. 

Fanatlar matçın 72-ci dəqiqəsində meydana kənar əşyalar atıblar. Bu səbəbdən, kluba 1600 manat cərimə kəsilib. 

Qeyd edək ki, qarşılaşma qolsuz yekunlaşıb - 0:0. 

Son xəbərlər

Orphus sistemi