AFFA 4 klubun hər birini 800 manat cərimələyib

AFFA 4 klubun hər birini 800 manat cərimələyib Klublar məşqçi, futbolçuları və azarkeşləri üzündən ziyana düşüb
Futbol
25 Oktyabr , 2017 14:54
AFFA 4 klubun hər birini 800 manat cərimələyib

Bakı. 25 oktyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsinin növbəti iclasında Azərbaycan Premyer Liqasının IX turunun 3 oyunu ilə bağlı qərar verilib. 

"Report"un məlumatına görə, "Səbail”in məşqçisi Araz Qulamov "İnter”lə matçda texniki zona qaydalarını pozduğu üçün 1 oyunluq cəzalanıb. 

"Sumqayıt” və "Zirə” öz aralarındakı matçda hərəyə 4 futbolçusunun sarı vərəqə ilə cəzalanması üzündən cərimələnib. 

"Qəbələ” isə "Qarabağ”la görüşün 86-cı dəqiqəsində azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etmələri səbəbindən ziyana düşüb. 

Qeyd edək ki, cərimələrin miqdarı hər komanda üçün 800 manat olub.

Son xəbərlər

Orphus sistemi