Adrian Gula: "Azərbaycan yığması intizamlı oynadı"

Adrian Gula: "Azərbaycan yığması intizamlı oynadı" “Rəqib komandanı və məşqçi heyətini qələbə münasibəti ilə təbrik edirəm. Azərbaycan yığması çox yaxşı və intizamlı oynadı.
Futbol
6 Sentyabr , 2019 23:45
Adrian Gula: Azərbaycan yığması intizamlı oynadı

“Rəqib komandanı və məşqçi heyətini qələbə münasibəti ilə təbrik edirəm. Azərbaycan yığması çox yaxşı və intizamlı oynadı".

"Report"un məlumatına görə, bu fikirləri 21 yaşadək futbolçulardan ibarət Slovakiya millisinin baş məşqçisi Adrian Gula Azərbaycan yığmasına uduzduqları (1:2) AVRO-2021-in seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis öz futbolçularının matça köklənə bilmədiyini bildirib: "Görüşün son dəqiqələri isə bizim üçün uğursuz alındı. Rəqibin vurduğu ikinci qolda taktiki səhvə yol verdik. Seçmə mərhələdə ilk oyunumuzdu. Bu qarşılaşmanı unutmalı, növbəti görüşlərə köklənməliyik”.

Son xəbərlər

Orphus sistemi