"Tour de France" veloyürüşünün vaxtı dəyişdirildi

"Tour de France" veloyürüşünün vaxtı dəyişdirildi 2021-ci il çoxgünlük "Tour de France" şosse veloyürüşünün tarixi dəyişdirilib.
Fərdi
28 İyul , 2020 23:37
Tour de France veloyürüşünün vaxtı dəyişdirildi

2021-ci il çoxgünlük "Tour de France" şosse veloyürüşünün tarixi dəyişdirilib. 

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) qərar qəbul edib. Qərara əsasən, nüfuzlu turnir gələn il 2 - 25 iyulda yox, 26 iyun - 18 iyulda təşkil olunacaq. 

Dəyişikliyə səbəb kimi yürüşün Tokio Yay Olimpiya Oyunlarında velosiped idmanı yarışları ilə üst-üstə düşməsi göstərilib. 

Qeyd edək ki, daha əvvəl olimpiada koronavirus pandemiyası ilə əlaqədar 2021-ci ilə təxirə salınıb. 

Son xəbərlər

Orphus sistemi