Rafael Ağayev: "Hələ şou-biznesə keçmək fikrim yoxdur"

Rafael Ağayev: "Hələ şou-biznesə keçmək fikrim yoxdur" "Gələcəkdə "Survivor"dan təklif gəlsə, düşünüərəm".
Fərdi
12 İyul , 2020 11:53
Rafael Ağayev: Hələ şou-biznesə keçmək fikrim yoxdur

"Gələcəkdə "Survivor"dan təklif gəlsə, düşünərəm".

Bu fikirləri Azərbaycan millisinin karateçisi Rafael Ağayev "Report"un "Instagram" səhifəsində canlı yayımda izləyicilərdən birinin sualını cavablandırarkən deyib.

Titullu idmançı bildirib ki, indiki halda şou-biznesə keçməyi planlaşdırmır: "Pərviz Abdullayev karyerasını başa vururdu deyə ora gedib çıxdı. Çox ağıllı hərəkət etdi. Amma mənim hələ ki, şou-biznesə keçmək fikrim yoxdur. Məni düzgün başa düşün. Bu, Pərvizə söz atmaq deyil. Çünki onunla tonla çörək kəsmişəm, yoldaşlıq edirəm".

Ağayev daha çox karyerasını düşündüyünü söyləyib: "Mənim olimpiya medalım yoxdur. Ona əlim dəyməyib, bu mükafata acam. Bu gün əsas istəyim həmin medalı qazanmaqdır. Amma karyeramın sonunda təklif olsa, iştirak edərəm. Bundan başqa, Azərbaycan və ya xaricdəm yaxşı film təklifi alsam, gedərəm. Çünki özümü orada görür, hiss edirəm".

Son xəbərlər

Orphus sistemi