Millimiz Avropa çempionatında iştirak edə bilməyəcək

Millimiz Avropa çempionatında iştirak edə bilməyəcək Azərbaycanın şose velosipedi üzrə U-23 və gənclər yığması 24 - 28 avqustda Fransada təşkil ediləcək Avropa çempionatında iştirak etməyəcək. 
Fərdi
12 Avqust , 2020 13:27
Millimiz Avropa çempionatında iştirak edə bilməyəcək

Azərbaycanın şose velosipedi üzrə U-23 və gənclər yığması 24 - 28 avqustda Fransada təşkil ediləcək Avropa çempionatında iştirak etməyəcək. 

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) "Report"a verilən məlumata görə, buna səbəb yerli hökümətin ölkəyə daxil olan şəxslərdən karantin rejimini tələb etməsidir. Təşkilatçılar millinin yarışdan əvvəl 14 gün karantinə alınmasını istəyir. 

Komanda avqustun sonunadək Tovuzda hazırlıq keçəcək, yığma üzvlərinin sentyabrda Türkiyədə keçiriləcək bir neçə bəynəlxalq turnirdə, həmçinin İsveçrədə təşkil olunacaq dünya çempionatında iştirakı planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi