MDB Oyunlarının vaxtı yenidən dəyişməyəcək

MDB Oyunlarının vaxtı yenidən dəyişməyəcək İlk Oyunların öncədən 20 - 27 avqustda Kazanda təşkili planlaşdırılırdı. 23 idman növü üzrə yarışlarda 14 - 23 yaşlı idmançıların iştirakı gözlənilirdi
Fərdi
7 İyul , 2020 01:50
MDB Oyunlarının vaxtı yenidən dəyişməyəcək

İlk MDB Oyunlarının 2020-ci ildə qrafik üzrə keçirilməsi planlaşdırılır, hazırda başqa tarixlərə təxirə salınmasına baxılmır. 

"Report"un məlumatına görə, bu barədə Rusiyanın idman naziri Oleq Matıtsin Bədən Tərbiyəsi və İdman İdarəetmə Orqanları rəhbərləri - ilk Oyunlara hazırlıq məsələləri üzrə iştirakçıların toplantısında açıqlama verib. "Biz yarışı 4 - 11 sentyabrda keçirməyi planlaşdırırıq. Hazırda dəyişiklik gözlənilmir", - deyə nazir vurğulayıb.

O bildirib ki, iştirakçıların çarter reysləri ilə uçuşu optimal qərardır: "Əlbəttə, bütün mümkün olanı edəcəyik ki, insanlar eyni gündə xüsui reyslə gəlib-getsinlər". 

İlk Oyunların öncədən 20 - 27 avqustda Kazanda təşkili planlaşdırılırdı. 23 idman növü üzrə yarışlarda 14 - 23 yaşlı idmançıların iştirakı gözlənilirdi. Onlar 280 dəst medal uğrunda mübarizə aparmalı idilər. Mürəkkəb epidemioloji vəziyyətlə əlaqədar Oyunların 4 - 11 sentyabra təxirə salınması qərara alınıb. 

Ermənistan idmançıları koronavirus pandemiyası ilə əlaqədar yarışa qatılmayacaqlar. Azərbaycan təmsilçilərinin iştirak edib-etməyəcəklərinə isə hələ aydınlıq gəlməyib. 

Son xəbərlər

Orphus sistemi