Maqnus Karlsen İddiaçılar Turniri barədə proqnozunu açıqlayıb

Maqnus Karlsen İddiaçılar Turniri barədə proqnozunu açıqlayıb Bakı. 27 mart. REPORT.AZ/ Şahmat üzrə dünya çempionu Maqnus Karlsen Almaniyanın paytaxtı Berlində keçirilən İddiaçılar Turniri barədə proqnozunu açıqlayıb.
Fərdi
27 Mart , 2018 18:10
Maqnus Karlsen İddiaçılar Turniri barədə proqnozunu açıqlayıb

Bakı. 27 mart. REPORT.AZ/ Şahmat üzrə dünya çempionu Maqnus Karlsen Almaniyanın paytaxtı Berlində keçirilən İddiaçılar Turniri barədə proqnozunu açıqlayıb. 

“Report” xəbər verir ki, 27 yaşlı norveçli qrossmeyster şəxsi “Twitter” hesabında bunu yazıb:  "Fabiano Karuananın turnirin qalibi olmaq şansı 70 faizdir”. 

Qeyd edək ki, hazırda turnirin sonuncu - XVI turu oynanılır. ABŞ şahmatçısı Fabiano Karuana 8 xalla vahid liderdir. Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarovla rusiyalı Sergey Karyakin 7,5 xalla 2-ci və 3-cü yerləri bölüşdürürlər. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə Maqnus Karlsenlə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi