Könüllülərin 1-ci İdman Oyunlarına yekun vuruldu

Könüllülərin 1-ci İdman Oyunlarına yekun vuruldu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ili Könüllülər ili elan etməsi və Gənclər və İdman Naziriyi , Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan İdman Könüllüləri Ictimai Birliyi ilə birgə hazırlanmış plana əsasən "Vo
Fərdi
21 Avqust , 2020 16:37
Könüllülərin 1-ci İdman Oyunlarına yekun vuruldu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ili Könüllülər ili elan etməsi və Gənclər və İdman Naziriyi , Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi  və Azərbaycan İdman Könüllüləri Ictimai Birliyi ilə birgə hazırlanmış plana əsasən "Volontiada" - Könüllülərin 1-ci İdman Oyunları başa çatıb.

Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, turnir ərzində Könüllü Təşkilatında və  rayon Gənclər və İdman İdarələrində qeydiyyatda olan müvafiq yaş üzrə (16-29 yaş) 260-a yaxın gənc ,stend atıcılığı, atletika, mini - futbol, basketbol, şahmat və stolüstü tennis yarışları üzrə öz bacarıqlarını sınayıblar.

Qeyd edilən yarışlar peşəkar hakimlər tərəfindən idarə olunub. Oyunlarda şəffaflığın təmin edilməsi məqsədi ilə öncədən qeydiyyata alınmış komandalar təşkilatçılar tərəfindən təşkil olunmuş püşkatmada iştirak ediblər. Ümumilikdə, 5 idman növü üzrə 20 dən çox komanda iştirak edib.

Yarışa başlamazdan əvvəl həkim bütün yarış iştirakçıları bədən hərarətini ölçən xüsusi cihazla yoxlanışdan keçirib. Tədbir təşkilatçıları və həkim tərəfindən iştirakçılara pandemiya ilə əlaqədar olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın sosial izolyasiya qaydaları haqqında və öncədən müəyyən olunmuş qaydalara əməl olunması barədə ətraflı məlumat verilib.

Yarışlar Stend Atıcılığı Mərkəzində, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda və Şağan Olimpiya və İdman Kompleksində açıq havada keçirilib.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd təşkilatlarda könüllü fəaliyyət aparan gənclərin müntəzəm bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb etmək, gənc könüllülər arasında sağlam həyat tərzi və idman vasitəsi ilə sosial fəaliyyəti artırmaq, iştirakçılara vəntəndaşlıq və vətənpərvərlik hisslərini aşılamaq və gənc könüllülər arasında idmanın inkişafı və könüllü idmanı üzrə beynəlxalq idman əlaqələrini möhkəmləndirməkdir.

Son xəbərlər

Orphus sistemi