İkiqat olimpiya çempionu vəfat etdi

İkiqat olimpiya çempionu vəfat etdi SSRİ yığmasının heyətində su polosu üzrə ikiqat olimpiya çempionluğu qazanmış Aleksandr Kabanov vəfat edib.
Fərdi
1 İyul , 2020 00:59
İkiqat olimpiya çempionu vəfat etdi

SSRİ yığmasının heyətində su polosu üzrə ikiqat olimpiya çempionluğu qazanmış Aleksandr Kabanov vəfat edib.

"Report"un məlumatına görə, Kabanov 73 yaşında dünyasını dəyişib. 

O, 1972 və 1980-ci il Yay Olimpiya Oyunlarının qalibi, iki dəfə dünya və Avropa çempionu olub.

Peşəkar karyerasını bitirdikdən sonra Kabanov SSRİ və Rusiyanın kişi və qadınlardan ibarət milli komandalarının baş məşqçisi kimi çalışıb. Kişilərdən ibarət yığma iki dəfə olimpiya, üç dəfə dünya çempionatının mükafatçısı olub. Qadın millisi isə Avropa çempionu və dünya çempionatının ikiqat medalçısı adını əldə edib. Onun adı 2001-ci ildə su idman növləri üzrə Beynəlxalq Şöhrət Zalına daxil edilib. 

Son xəbərlər

Orphus sistemi