FHN-in İdman Sağlamlıq Mərkəzində çempionlarla görüş keçirilib

FHN-in İdman Sağlamlıq Mərkəzində çempionlarla görüş keçirilib Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin beynəlxalq yarışlarda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib.
Fərdi
2 Sentyabr , 2019 11:09
FHN-in İdman Sağlamlıq Mərkəzində çempionlarla görüş keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin beynəlxalq yarışlarda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib.

Nazirlikdən “Report”a verilən məlumata görə, görüşdə FHN-in İdman Sağlamlıq Mərkəzinin rəisi Füzuli Musayev həmin idmançıları - XRXX-nin N saylı hərbi hissəsinin xilasdicisi gizir Gözəl Zutovanı, DYMX-nin Nəsimi rayon N saylı bölməsinin yanğınsöndürəni çavuş Orxan Mehdiyevi və TTNDA-nin sürücüsü Şahmar Nəzərovu əldə etdikləri nəaliyyətlərə görə təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, Gözəl Zutova 15 - 17 martda Azərbaycanda keçirilmiş MMA üzrə Avropa çempionatının çempionu, 5 iyunda Qızıl kəmər uğrunda beynəlxalq turnirin qızıl medal sahibi, sərbəst güləş üzrə Dünya Kubokunun sahibi, MMA üzrə Avropa və dünya çempionu, bir sıra beynəlxalq yarışların qalibi olub. O, 18 avqustda Gürcüstanda keçirilmiş MMA üzrə beynəlxalq turnirdə 75 kq çəki dərəcəsində çempion olub. Hazırda Zutova oktyabrda Cənubi Koreyada keçiriləcək sambo üzrə dünya çempionatına hazırlaşır.

22-25 avqustda Ruminyanın Konstanta şəhərində kunq-fu sanda üzrə dünya çempionatında iştirak etmiş Orxan Mehdiyev 65 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, 2016-cı il Macarıstanda keçirilmiş kempo üzrə Dünya Kubokunun, 2017-ci ildə Portuqaliyada Döyüş Növləri üzrə dünya çempioantında kunq-fu üzrə gümüş medalın sahibi olub. Portuqaliyada kunq-fu sanda növündə çempion olan Şahmar Nəzərov isə bürünc medal qazanıb. Hazırda idmançılar noyabrda İtaliyada keçiriləcək MMA üzrə Dünya çempionatına hazırlaşırlar.

Son xəbərlər

Orphus sistemi