Dünya çempionu 69 yaşında öldü

Dünya çempionu 69 yaşında öldü Britaniyalı boksçu Alan Minter dünyasını dəyişib.
Fərdi
11 Sentyabr , 2020 00:56
Dünya çempionu 69 yaşında öldü
Alan Minter

Britaniyalı boksçu Alan Minter dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə yerli Boksa Nəzarət Şurası (BBBoC) məlumat yayıb.

Bildirilib ki, 69 yaşlı veteran idmançının ölümünə uzun müddətdir davam edən onkoloji xəstəlik səbəb olub.

Qeyd edək ki, Dünya Boks Asossiasiyasının (WBA) versiyası üzrə orta çəkidə çempion olmuş A.Minter 1972-ci ildəki olimpiadada bürünc medal qazanıb. Onun hesabında 39 qələbə və 9 məğlubiyyət var.

Son xəbərlər

Orphus sistemi