Dördqat dünya çempionunun yeni komandası məlum oldu

Dördqat dünya çempionunun yeni komandası məlum oldu "Formula 1" üzrə 4 qat dünya çempionu Sebastyan Fettelin yeni komandası müəyyənləşib
Fərdi
6 Avqust , 2020 14:35
Dördqat dünya çempionunun yeni komandası məlum oldu
Sebastyan Fettel

"Formula 1" üzrə 4 qat dünya çempionu Sebastyan Fettelin yeni komandası müəyyənləşib. 

"Report"un məlumatına görə, almaniyalı sürücü "Racing Point"lə 3 illik müqavilə bağlayacaq. Onun İtaliya komandası ilə müqaviləsi cari mövsümün sonunda yekunlaşacaq. 33 yaşlı idmançı Serxio Peresi əvəzləyəcək.  

Qeyd edək ki, "Racing Point" gələn ildən "Aston Martin" adlanacaq. Sebastyan Fettel dünya çempionluqlarını 2010, 2011, 2012 və 2013-cü illərdə qazanıb. 

Son xəbərlər

Orphus sistemi