Dastin Porye Konor Makqreqorla qisas döyüşünün keçirilməsini istəyir

Dastin Porye Konor Makqreqorla qisas döyüşünün keçirilməsini istəyir Amerikalı idmançı Dastin Porye UFC-nin yüngül çəkidə sabiq çempionu Konor Makqreqorla qisas döyüşü keçirmək istəyir.
Fərdi
11 Sentyabr , 2019 04:57
Dastin Porye Konor Makqreqorla qisas döyüşünün keçirilməsini istəyir

Amerikalı idmançı Dastin Porye UFC-nin yüngül çəkidə sabiq çempionu Konor Makqreqorla qisas döyüşü keçirmək istəyir.

"Report" xəbər verir ki, bu barədə o özünün "Twitter"dəki səhifəsində bildirib.

"Düşünürəm, indi mənimlə Konor arasında qisas döyüşü məna daşıyır", - deyə Porye "Twitter"də yazıb.

Xatırladaq, döyüşçülər 2014-cü il sentyabrin 27-də qarşılaşıblar. Döyüşdə Makqreqor texniki nokautla qalib gəlib.

Sentyabrın 7-də isə Porye Həbib Nurməhəmmədova uduzub. O, bu məğlubiyyətlə UFC-nin müvəqqəti çempion titulundan məhrum olub.

Son xəbərlər

Orphus sistemi